NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şəhid anası: Parlament seçkilərində öz hüququmdan istifadə etdim

...

Səhər saatlarından başlayaraq 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə Culfa şəhər 32 saylı seçki məntəqəsində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş şəhid Kənan Quliyevin anası İlhamə Quliyeva ilə həmsöhbət olduq. Bildirdi ki, bir neçə ay öncə prezident seçkilərində də iştirak edib. Bu gün də parlament seçkilərində öz hüququndan istifadə edir. 
Sevinirik ki, namizədlər arasında torpaqlarımız uğrunda canını fəda edən şəhidlərin ailə üzvlərinin də adı vardır.  Seçki çox sakit və mütəşəkkil keçir. Azad və bütöv Azərbaycan sakinləri gözəl Vətənimizin işıqlı gələcəyi naminə səs verirlər. Bütöv Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - öz yurdlarında illər sonra səsvermə hüququndan istifadə edənlər Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxuyurlar.

Nəşr edilib : 01.09.2024 10:16