NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Şəhid ailələri üçün tibbi aksiya təşkil olunacaq

...

18 oktyabr tarixdə Naxçıvan Sağlamlıq Mərkəzində şəhid ailələri üçün tibbi aksiya təşkil olunacaq. “Şərq qapısı” xəbər verir ki, aksiya Vətən müharibəsində qazanılmış zəfərimizin 5-ci ildönümünə həsr olunur.
Tədbirin məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial dəstəyin davam etdirilməsidir. Aksiya çərçivəsində müxtəlifixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılacaq, laborator və diaqnostik xidmətlər göstəriləcək, eləcə də iştirakçılara fərdi sağlamlıq məsləhətləri veriləcək.

Nəşr edilib : 16.10.2025 19:21