NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik son oxunuşda təsdiqlənib

...

Milli Məclis Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməməsini son oxunuşda təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Nəşr edilib : 27.12.2024 11:43