NAXÇIVAN :

09 Avqust 2026, Bazar

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

...

Naxçıvan-Sədərək avtomobil yolunun 11-ci kilometrliyinədək yolun ətrafındakı yaşıllıq zolaqlarında təmizlik aksiyası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada nazirliyin və tabeli qurumlarının əməkdaşları, eləcə də könüllü gənclər iştirak ediblər.

Aksiya zamanı yaşıllıq zolaqları, ümumilikdə, 125 kiloqramdan artıq tullantıdan təmizlənib.

Aksiya ətraf mühitin mühafizəsinə diqqətin artırılması və təmiz ətraf mühitin təşviqi məqsədi daşıyıb.

Vətəndaşları təbiətə həssas yanaşmağa, məişət tullantılarını yol kənarlarına və yaşıllıq sahələrinə atmamağa, tullantıları yalnız təyinatı üzrə ayrılmış yerlərə atmağa çağırırıq.

Nəşr edilib : 04.08.2026 17:46