“Yar gəldi yar” mahnısının “Youtube” səhifəsində e...
18:12 27.11.2024
0
0
0
Azərbaycan və Monteneqro dost və etibarlı tərəfdaş ölkələrdir. Ölkələrimiz bir çox məsələdə ortaq dəyərləri və fikirləri bölüşür. Monteneqro Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyir.
Bunu iqamətgahı Ankarada yerləşən Monteneqronun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç ölkəsinin müstəqilliyinin 18-ci ildönümü münasibətilə Bakıda təşkil olunan tədbirdə deyib.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Monteneqronun Avropa İttifaqına üzvlüyü məsələsinə toxunaraq, bunun tezliklə reallaşacağından əminliyini bildirib.
Azərbaycan və Monteneqro arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən P.Kastratoviç vurğulayıb ki, cari ilin iyun ayında Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində Monteneqro-Azərbaycan biznes-forumunun keçirilməsi ölkələrimiz arasında əlaqələrin inkişafının təzahürüdür.
Ölkəsinin turizm imkanlarını diqqətə çatdıran səfir bu istiqamətdə əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, əməkdaşlığın intensivləşdirilməsi çox əhəmiyyətlidir.
Digər xəbərlər