Mehriban Əliyeva Qurban bayramı münasibətilə payla...
08:15 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Belçika və Azərbaycan arasında iqtisadi, nəqliyyat, logistika, dənizçilik sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var.
"Şərq qapısı" xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Belçika arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Belçika Krallığının Baş nazirinin ötən il COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyi və Prezident İlham Əliyevlə görüşdüyü xatırladılıb.
Spiker Sahibə Qafarova Milli Məclisin Belçika parlamenti ilə əlaqələrin inkişafına hazır olduğunu vurğulayaraq, özünün Belçika parlamentinin keçmiş sədrləri ilə görüşlərini xatırladıb. O, qarşılıqlı səfərlərin və dialoqun münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı məlumatlandırmanın genişlənməsinə töhfə verdiyini söyləyib. O bu məsələlərdə dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Səfir Julyen de Frepon ölkədə fəaliyyət göstərdiyi dövrdə xalqın qonaqpərvərliyinin şahidi olduğunu söyləyib. O, COP29 çərçivəsində Belçika Baş nazirinin ölkəmizə səfərinin həm mühüm beynəlxalq tədbirdə iştirak, həm də Azərbaycanla ikitərəfli münasibətlərə dair müzakirələr aparmaq baxımından əhəmiyyətini qeyd edib.
Diplomat Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd edərək, Azərbaycanla Avropa İttifaqı arasında dialoqun dərinləşməsini dəstəklədiklərini vurğulayıb.
Görüşdə spiker Sahibə Qafarova, həmçinin regionda mövcud olan vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi nəhəng yenidənqurma işləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, mina problemi və digər məsələlər barədə məlumat verib.
Digər xəbərlər