NAXÇIVAN :

29 Dekabr 2024, Bazar

Sədərəkdə il ərzində tədbirlərdə fəal iştirak edənlər mükafatlandırılıb

...

Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və “Naxçıvan Muxtar Respublikası 100 il” çərçivəsində hazırlanmış Tədbirlər Planının icrasında fəal iştirakına, il ərzində rayon tədbirlərində fəal iştiraka görə müxtəlif nominasiyalar üzrə mükafatlandırma və 2024-cü ilin yekunu mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil dövlətimizin qüdrətinin yüksəldilməsi naminə apardığı ardıcıl və qətiyyətli daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu və beynəlxalq aləmdə mövqeyi günü-gündən möhkəmlənir. Azərbaycana qlobal səviyyədə diqqətin yönəldilməsi regionun üzləşdiyi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı artıracaq. Su qıtlığı, biomüxtəlifliyin itirilməsi problemləri ön plana çıxarmaqla COP29 bunların həlli üçün resurusların ayrılmasını artırdı. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığın və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsət oldu.

Naim Cahidzadə daha sonra qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən bu il ərzində əlamatdar tədbirlər rayonumuzda da keçirilib. Naim Cahidzadə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub, 100 illik yubileylə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndirilib.

Sədərək rayon BHİK sədri Sənan Huseynov və Təhsil Şöbəsinin müdiri Sirac Qarayev mövzu ətrafında çıxışlar ediblər.

Sonra rayonda il ərzində “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə fəal iştiraklarına görə 21 nəfər mükafatlandırılıb.

 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 28.12.2024 17:31