NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Sədərək rayonunda seçkilər mütəşəkkil şəkildə keçirilir

...

1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə, ümumilikdə, 12  seçki məntəqəsi var. Onlardan 10-u daimi, 2-si müvəqqətidir.  Rayonda seçicilərin ümumi sayı 13248 nəfərdir ki, bunlardan da 185-i ilk dəfə səsvermə hüququndan istifadə edənlərdir Biz də seçki prosesinin necə keçirildiyini yaxından izləmək üçün rayon ərazisindəki yerləşən  1 saylı Şərur-Sədərək seçki dairəsinin 40 saylı seçki məntəqəsində olduq.  Səhər saatlarından etibarən həmin məntəqədə sıxlıq müşahidə olunurdu. Rayon sakinləri də fəallıqları ilə seçilirdilər. Səsverməyə gələn rayon sakinləri seçici siyahısında öz adlarını dəqiqləşdirdikdən sonra məntəqəyə daxil olur, seçki bülleteni alır, layiq bildikləri namizədə səs verirdilər.

Nəşr edilib : 01.09.2024 09:20