NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Seçkidə fəallıq müşahidə olunur

...

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilir. "Şərq qapısı" xəbər verir ki, Naxçıvanda parlament seçkiləri üçün 6, Ali Məclisə seçkilər üçün isə 45 dairə üzrə 331 məntəqədə seçicilər səs verir. 
6 saylı Ordubad-Culfa seçki dairəsində 65 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 47046 seçici qeydə alınıb. Onu da vurğulayaq ki, dairə üzrə 512 nəfər ilk dəfə olaraq seçkidə iştirak edir. 
Ordubad rayonu üzrə 42 məntəqədə seçicilər öz namizədlərinə səs verir. Burada seçici sayı 30170, ilk dəfə səs verənlərin sayı isə 313 nəfərdir.

Nəşr edilib : 01.09.2024 10:31