Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
Sədərək rayonunda səsverməyə gələn rayon sakinləri seçici siyahısında öz adlarını dəqiqləşdirdikdən sonra məntəqəyə daxil olub, səs verirlər. 1 saylı Şərur-Sədərək seçki dairəsinin 51 saylı seçki məntəqəsində olduq. Burada ilk dəfə səs vermək üçün gəlmiş Fərid Hənifəzadənin fikirlərini öyrəndik. Həmsöhbətimiz bildirdi ki, seçkilərdə ilk dəfədir, iştirak edir və həyəcanlıdır. Çünki birinci dəfədir ki, yerli özünüidarəetmə orqanlarından olan namizədlərə səs verir. O, inanır ki, seçdiyi namizəd yerli özünüidarə sisteminin təkmilləşdirilməsi və inkişafı üçün əlindən gələni əsirgəmiyəcək. Məndə Naxçıvan Dövlət Universitetinin 2-ci kurs tələbəsiyəm və bundan sonrakı bütün seçkilərdə fəal iştirak edəcəyəm.
Digər xəbərlər