Ceyhun Bayramov: Rusiya ilə Ukrayna arasında sülhü...
14:17 25.05.2025
0
0
0
Sədərək Rayon Uşaq Musiqi məktəbində Xalq çalğı alətləri şöbəsinin saz ixtisası üzrə müəllimi Fuad Mütəllimzadənin 28 May – Müstəqillik Gününə həsr olunmuş "Sazın sehri" adlı sinif konserti keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Azərbaycan milli musiqi nümunələrindən ibarət bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış edən şagirdlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra məktəbin direktoru Vəfa Həsənova uğurlu konsertə görə şagirdləri və müəllimləri təbrik edərək keçirilən sinif konsertlərinin əhəmiyyətindən söz açıb.
Sonda sinif konsertində iştirak edən müəllim və şagirdlər məktəbin diplomları ilə təltif edilib.
Digər xəbərlər