Zelenski: Ukrayna İstanbulda Rusiya ilə danışıqlar...
21:26 15.05.2025
0
0
0
Orta məktəb illərində Armin Vamberinin kitablarını oxumuşam. Sehrli, nağıllarla dolu Şərqdə yaşamışam. İndi bu möhtəşəm Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir. Mən burada xalqı, vətəni Azərbaycan üçün çalışan gözəl insanların arasındayam.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində qonaq olan Macarıstan Milli Assambleyasının sədr müavini, dünyaşöhrətli siyasətçi Şandor Lejak jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, Azərbaycanın gələcəyinin iki əsas sirri var. Birincisi odur ki, ortaq uğur hissinə sahib olmaq vacibdir. Uğur qazanmaq üçün isə çox zəhmət tələb edilir. İkincisi isə, yüksək təhsil, tədris şəraiti olmalıdır. Təcrübə mübadiləsi də vacib amildir. Bu məqsədlə tələbələr Naxçıvana gəldilər, buradan olan tələbələr isə Macarıstana getdilər.
“Bir faktı əlavə etmək istəyirəm. Budapeştdən 120 kilometr aralıda, Lakitelektdə Nizami Gəncəvinin büstü var. Mən bir gün həmin yolun kənarı ilə gedərkən heykəlin yanında insanların təbii güllər qoyduğunu gördüm. Öz-özümə düşündüm ki, görəsən bu gülləri niyə buraya gətiriblər? Sonradan məlum oldu ki, orada çalışanlar azərbaycanlı idi. Həmin adama dedim ki, əgər bunu kiməsə danışsam, inanmaz. Amma indi sizə danışıram”,—deyə Şandor Lejak əlavə edib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər