NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Şahtaxtı Gömrük postunda fövqəladə hallar zamanı davranış qaydaları üzrə məşq keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı Gömrük postunda “Mühüm əhəmiyyətli obyektlərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğınsöndürmə işinin təşkili qaydaları” mövzusunda seminar-müşavirə və məşğələ keçirilib.
Məşğələ nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Nəzəri hissədə çıxış edənlər tədbirin keçirilməsinin məqsədi və əhəmiyyətindən danışıblar, gömrük keçid məntəqələrində ehtimal olunan fövqəladə hadisələr və onların qarşının alınması məqsədilə görüləcək tədbirlərdən bəhs edilib.
Eləcə də, yaradılan könüllü yanğın dəstələri və komandalarının fəaliyyəti, onların vəzifələri, qarşılıqlı əlaqədə yanğınsöndürmə və xilasetmə işlərinin həyata keçirilməsində fəaliyyətin əlaqələndirilməsi, Fövqəladə Hallar Nazirliyinin 101 və 112 qaynar telefon xətləri ilə dayanıqlı rabitə əlaqəsinin yaradılması barədə məlumatlar verilib.
Sonra Şahtaxtı Gömrük postunda fövqəladə hadisələr zamanı “xəsarət alanların xilas edilməsi”, ilk tibbi yardımın göstərilməsi, ərazilərdə baş verən “yanğınların” söndürülməsində könüllü yanğın dəstələri və komandalarının Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsi ilə qarşılıqlı əlaqədə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə məşq keçirilib.
Uğurla başa çatan tədbirdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Nəşr edilib : 19.03.2025 15:48