Səlahiyyətli nümayəndə Babək rayonunda vətəndaşlar...
14:32 27.11.2024
0
0
0
Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb.
"Şərq qapısı" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: "Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. Əməkhaqqı fondu 3 dəfə böyüyüb. Bu artım həm yeni iş yerlərinin yaradılması, həm də maaşların "ağardılması" ilə bağlı olub. Hökumətin siyasətinin əsasında vətəndaşlarımızın rifahı durur. Bu məsələ daima nəzarətdədir".
Digər xəbərlər