NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

...

Təhsil xərclərimiz növbəti ildə 5,1 milyard manat olaraq proqnozlaşdırılır və bu da büdcə xərclərinin 12 faizidir. Bu, 2025-ci illə müqayisədə 479 milyon manat və ya 10,4 faiz çoxdur.

"Şərq qapısı" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

O bildirib ki, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları təsnifatı üzrə xərclər 3,4 milyard manat olacaq. Bu, büdcə xərclərinin 8 faizinə bərabərdir.

Nəşr edilib : 04.11.2026 13:33