Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlıq sahəsində yoxlama aparan qurumların məsul əməkdaşları üçün Naxçıvan Biznes Mərkəzində təlim keçirilib. Təlim "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 955 nömrəli Fərmanının 2-ci maddəsinin 2.1-ci bəndinin icrası məqsədilə təşkil edilib.
Təlimdə yoxlayıcı orqanların -Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları iştirak edib.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi Zülfü İsmayılov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması zərurəti və məqsədi” mövzusunda çıxış edib. Bildirib ki, qanun və onun tətbiqi barədə Azərbaycan Prezidentinin müvafiq Fərmanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, bu sahədə yoxlayıcı orqanın və sahibkarların hüquq və vəzifələrini bilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Zülfü İsmayılov çıxışında ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlərə də toxunub. Əlavə olaraq qeyd edib ki, Prezidentin Fərmanına əsasən yoxlamaların vahid məlumat reyestrinin aparılması öhdəliyi Ədliyyə Nazirliyinin üzərinə qoyulub. Nazirlik Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir.
Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı və tənzimlənməsi şöbəsinin müdiri Aqibət Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məsələlərə aydınlıq gətirib. Vurğulanıb ki, qanunda nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, Səhiyyə Nazirliyi tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və Qida Təhlükəsizliyi Agentliiyi tərəfindən qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı Nazirlər kabineti tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Digər xəbərlər