NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

...

44 günlük Vətən müharibəsində qazanılan Qələbə şəhər və kəndlərimizin Ermənistanın 30 illik işğalından azad edilməsinə, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyətin əldə olunmasına şərait yaradıb.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının ilk iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prosesinin ən mühüm mərhələsini başa çatdırıb. Bununla dövlətimizin suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının qüvvəsi ölkəmizin bütün ərazisində təmin olunub.

“Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasi xəttin təntənəsini əks etdirir. Azərbaycan xalqı düşmən üzərində tarixi Qələbəni qazandıran Müzəffər Ali Baş Komandana, Vətən uğrunda canından keçmiş şəhidlərimizə, eləcə də qəhrəman əsgər və zabitlərimizə daim minnətdar olacaq”, - deyə sədr vurğulayıb.

Nəşr edilib : 30.09.2026 11:26