NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Şahbuzun dağlıq ərazisində vəhşi heyvanlar üçün biotexniki tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahbuz rayonunun qalın qar örtüyü ilə əhatə olunan "Zərnətün dərəsi" adlanan ərazidə çöl heyvanlarının qida məddələrinə olan tələbatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir həyata keçirilib.

Tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu “Zərnətün dərəsi” adlanan əraziyə 50 kip qaba yem və 200 kiloqram daşduz dağıdılıb. 

Nazirlik tərəfindən fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 15.01.2026 15:25