NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Şahbuzda tikili, Şərurda isə taxıl sahəsi yanıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Həmzəli kəndində meyvə bağında və biçilmiş taxıl sahəsində, həmçinin Şərur rayonu Kərimbəyli kəndi və  Babək rayonu Güznüt kəndlərində quru otlaq sahələrdə, Şahbuz rayonu Biçənək kəndində isə yardımçı tikilidə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal ərazilərə Şərur, Babək və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Yanğında mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində yanğınların genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Həmzəli kənd meyvə bağında 20 ağac və 5300 m² quru otlaq sahə yanıb, 480 ağac və 15000 m² sahə yanğından mühafizə edilib. Güznüt kəndində 3000 m²  quru otluq sahə, 30 ağac yanıb və yanan sahəyə yaxın iki vətəndaşa məxsus həyətyanı sahə yanğından mühafizə edilib. Biçənək kəndində isə 84 m² sahəsi olan yardımçı tikilinin və 48 m² sahəsi olan yanan tikiliyə bitişik yardımçı tikilinin çardaq hissələri yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

Nəşr edilib : 12.03.2025 18:29