Naxçıvan şəhərinin 1 küçə və 2 məhəlləsinin qaz tə...
23:31 23.07.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.
Tədbirdə mövzu ilə bağlı çıxış edənlər bildiriblər ki, sağlam ətraf mühitdə yaşamaq hər kəsin əsas konstitusiya hüququdur və bu hüquq ekoloji tarazlığın qorunmasını, ətraf mühitin çirklənmədən mühafizəsini və su ehtiyatlarından qanunvericiliyə uyğun, israfçılığa yol vermədən səmərəli istifadə olunmasını təmin edir. Həmçinin çıxışlarda ətraf mühitin sağlamlaşdırılması və su ehtiyatlarının qorunması məqsədilə suyun məişətdə və təsərrüfatda israf edilməməsi, müasir suvarma sistemlərindən istifadə edilməsinin vacibliyi də vurğulanıb.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər