Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində ailə faciəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 2 nəfər ölüb. İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər