Naxçıvanda dəhşətli qəza:3 nəfər ölüb, yaralılar v...
23:33 04.09.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə müsahibəsində bildirib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib. “Xəstəxanamıza 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”, – deyə həkim qeyd edib.
Digər xəbərlər