NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Şahbuz rayonunda Sələsüz kəndində "Qanunsuz tikililərlə mübarizə" mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şahbuz rayonunun Sələsüz Kənd  İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Şahbuz Rayon İcra Hakimiyyətinin, yerli icra nümayəndəliyi və vətəndaşların iştirakı ilə şəhərsalma nəzarəti çərçivəsində "Qanunsuz tikililərlə mübarizə" mövzusunda birgə tədbir keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, eləcə də qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Zahid Qasımov mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdırıb, bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Nəşr edilib : 14.04.2026 12:11