Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
İyulun 2-də Şahbuz rayonunda Polis gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Şahbuz şəhərindəki büstünün önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra tədbirin rəsmi hissəsi Şahbuz Rayon Polis Şöbəsinin inzibati binasında davam edib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Siyafər Cəfərli açaraq polis əməkdaşlarını 2 iyul – Polis günü münasibətilə təbrik edib və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev 2 iyul – Polis günü münasibətilə polis əməkdaşlarını təbrik edib və bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi "Polisi günü" kimi qeyd edilir. Azərbaycan polisi ötən dövrdə şərəfli yol keçib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq polis vahid hüquq-mühafizə orqanı kimi formalaşıb. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstəriblər.
Tədbirdə digər çıxış edənlər polis işçilərini təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ictimai təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulayıb.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.
Digər xəbərlər