NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

...

Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) və muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə agentliyin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”ndə humanitar tibbi aksiya keçirilib. 
Tibb Müəssisələrinin İdarəetmə Birliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, tibbi aksiyada Şahbuz Rayon Mərkəzi Xəstəxanasından və TMİB-in tabeliyindəki digər xəstəxanalardan dəvət olunmuş ixtisaslı həkim heyəti iştirak edib. Stomatoloq, oftalmoloq, nevropatoloq, lor, cərrah və digər ixtisaslı həkimlər tərəfindən 11 adda müayinələr aparılıb, qan analizləri götürülüb və nəticələrə uyğun müalicə təyin edilib. 
Aksiyadan sonra çay süfrəsi təşkil olunub. TMİB-in icraçı direktorunun müavini Əli Orucov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Naib Əlizadə bu cür aksiyaların əhəmiyyətini vurğulayıblar. 
Sonda hədiyyələr təqdim olunub.

Nəşr edilib : 15.02.2025 13:31