Muzeylərdə təcrübələr davam edir
13:34 10.03.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Badamlı kəndində baş verib. Yanğın kənd sakini Hüseynov Asəf Həmid oğluna məxsus həyətyanı sahədə yerləşən tövlədə olub. İlkin məlumata görə, yanğın tövlənin çardığına yığılmış ot tayalarında başlayıb, daha sonra tövləyə keçib.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şahbuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb, tövlədə mal-qaraya ziyan dəyməyib.
Yanğın hadisəsi nəticəsində 1650 kg ot tayası, tayanın üzərinə qurulan çardağın 60 m² hissəsi yanıb, 600 kq ot bağlaması, çardağın 20 m² hissəsi və 80 m² sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.
Digər xəbərlər