Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə 5-i səsvermə gününə 5 gün qalmış yaradılmaqla 64 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən 29-u Şahbuz rayonu ərazisində yerləşir. Dairə üzrə 47 min 95 seçici qeydə alınıb ki, onlardan 16 min 779-u Şahbuz rayonunun sakinləridir. Şahbuz rayonunda yerləşən 29 məntəqədə də seçicilərin səs verməsi üçün hərtərəfli şərait yaradılıb, seçkilərin şəffaf və heç bir qanun pozuntusuna yol verilmədən keçirilməsi üçün lazımi işlər görülüb. İki məntəqədə veb-kamera quraşdırılıb. Rayonda 29 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edir.
Qeyd edək ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin əhatə etdiyi bütün məntəqələrdə seçkilər demokratik şəkildə keçirilir.
Digər xəbərlər