NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi diqqətdə olub

...

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində mayın 5-də bir sıra görüşlər keçirib.
“Şərq qapısı” xəbər verir ki, nazir Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidze, İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru Giacinto Ottaviani, Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin birinci müavini Aziz İqamnazarov İşmuradoviç, Yaponiyanın Müdafiə Avadanlıqları Əməkdaşlıq İdarəsinin müşaviri Hideki Fukava və Amerika Birləşmiş Ştatlarının “Jones Group” şirkətinin Avropa filialı üzrə əməliyyatlar direktoru Filip Stevart ilə görüşüb.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti ətraflı təhlil olunub, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 05.05.2026 20:58