Hakimliyə namizədlər test imtahanı veriblər
15:02 28.06.2026
0
0
0
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.
"Şərq qapısı" xəbər verir ki, açılış mərasimində nazir Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.
Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.
Qeyd edək ki, indiyədək Bakıda və müxtəlif rayonlarda 17 “Sağlam məhəllə” layihəsi icra olunub.
Digər xəbərlər