Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji s...
19:37 02.06.2025
0
0
0
NAXÇIVAN :
02 Iyun 2025, Bazar ertəsi
Bu gün cəmiyyətimizin əsas dayaqlarından biri gənclərdir. Onların düzgün istiqamətləndirilməsi gələcək uğurlarına da zəmin yaradır. İdmanla məşğul olmaq, könüllü fəaliyyətlərdə iştirak etmək və sosial layihələrə qoşulmaq gənclərin həm fiziki, həm də psixoloji baxımdan inkişafına müsbət təsirini göstərir. Bu gün Naxçıvanda bir neçə gəncin təşəbbüsü ilə yaradılan voleybol komandasının əsas məqsədi fiziki aktivliyi həyatın bir hissəsinə çevirməkdir. Biz də həmin gənclərlə görüşüb həmsöhbət olduq. Komandanın rəhbəri Milad Nəcəfov deyir ki, bu gün passiv həyat tərzi sürən bir çox gənc belə təşəbbüslər sayəsində öz gücünü kəşf edir, yeni dostluqlar quraraq sosiallaşır. Naxçıvanda gənclərin işdən sonrakı vaxtınısəmərəli keçirməsi üçün belə kollektivlər çox azdır. Və mən də qərara gəldim ki, gəncləri ətrafımatoplayaraq öz sosial qrupumuzu təşkil edək. Qrupumuzda hər statusdan insanlar, yəni istər tələbə, istərsə də hansısa qurumda çalışan bir çox üzvümüz var. Biz müəyyən vaxtlarda toplaşaraq voleybol, stolüstü tennis kimi idman oyunları oynayır, oxumağı sevən gənclər üçün kitab mütaliələri, əylənmək üçün pikniklər, Naxçıvanımızın səfalı yerlərini gəzmək üçün turlar kimi bir çox sosial aktivlik təşkil edirik.
Müsahibimiz deyir ki, xüsusilə voleybol kimi idman növü gənclərin fiziki sağlamlığının qorunmasında və inkişaf etdirməsində böyük əhəmiyyətə malikdir. Sosial oyunlar və tədbirlər gənclərin gündəlik stressdən uzaqlaşmasına və əyləncəli vaxt keçirməsinə şərait yaradır. Eyni zamanda qrup fəaliyyətləri gənclərin liderlik bacarıqlarının inkişafına və komanda daxilində effektiv işləməsinə kömək edir.
Bülbül QULİYEVA
Digər xəbərlər