NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Sağlam bədəndə sağlam ruh olar

...

Hörmətli redaksiya!

Ölkəmizdə gənc və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi diqqət mərkəzində saxlanılır. Çünki yalnız fiziki cəhətdən sağlam gəncliklə dövlətin irəliləyişinə nail olmaq mümkündür. Gənc­lərin asudə vaxtının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir. “Sağlam bədəndə sağlam ruh olar”, –  deyilib. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma ilə yanaşı, həm də gənclərin mənən formalaşmasına xidmət edir. Gənclər idman siyasətinin uğurla davam etdiyi ölkəmizdə bu sahədə bir çox işlər görülür. Ölkə başçısının imzaladığı Dövlət proqramlarında da bu sahənin inkişafı üçün yollar müəyyən edilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ardıcıl şəkildə davam etdirilir. Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq muxtar respublikanın rayon mərkəzlərində açıq hava idman qurğuları quraşdırılıb. Yaxın günlərdə Şərur şəhərinin Heydər  Əliyev prospektində yerləşən iki ərazidə sadətipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib. Uzun illərdir ki, şagirdlərə fiziki tərbiyə dərsini tədris edirəm və ölkəmizin bu sahədə gənclərə göstərdiyi qayğının şahidiyəm. Bu gün Azərbaycan gəncinin səsi dünya səviyyəli idman yarışlarından gəlir. Onlar beynəlxalq yarışlarda bayrağımızı dalğalandırıb, himnimizi səsləndirərək bizə qürur yaşadırlar. Bütün bunların əsasında isə dövlətin gənclərə göstərdiyi qayğı dayanır. Dövlətimizə və hər sahədə yanımızda olan ölkə başçısına minnətdarıq.

Nəriman İSMAYILOV

Şərur şəhəri

Nəşr edilib : 25.12.2025 15:43