Mərkəzi Seçki Komissiyasının iclası keçirilib...
18:17 26.11.2024
0
0
0
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesi noyabrın 28-dən başlayacaq.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Bildirilib ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.
Digər xəbərlər