NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Saç tökülməsi: vitamin çatışmazlığı, yoxsa mövsüm dəyişikliyi?

...

Hər kəsə məlumdur ki, saçlarımız daha çox payız mövsümündə tökülür. Saçlar, əsasən, yay aylarında gurlaşır və baş dərisini ultrabənövşəyi şüalardan qoruyur. Payızda isə onların böyük bir qismi dincəlmək fazasına keçir. Qadınlarda saç tökülməsi oktyabr ayında ən yüksək həddə çatır. Tədqiqatçılar deyirlər ki, saçların tökülməsinə təkcə payız fəsli səbəb deyildir. Vəziyyəti ağırlaşdıran bir çox amillər də vardır. Orqanizmin zəif olduğunu məhz saçların durumu göstərir.

Bizi narahat edən saç tökülməsinin səbəbləri və onu aradan qaldırmağın yolları ilə bağlı ətraflı məlumat almaq üçün müsahibim Yoluxucu Xəstəliklər Mərkəzində dermatoloq-veneroloq kimi fəaliyyət göstərən Nəzirə Cəmşidli ilə həmsöhbət olduq: “Saç tökülməsinin səbəblərindən biri hormonal dəyişikliklərdir. Əsasən, qalxanabənzər vəz xəstəlikləri, el arasında zob adlandırılan xəstəlik zamanı rast gəlinir. Digər səbəbi vitamin və mineral sink, maqnezium, D vitamini, biotin defisti və ən çox rast gəlinən qanazlığı çatışmazlığıdır. Əlbəttə ki, bunları analizlər nəticəsində daha rahat görə bilərik. Qadınlarda hamiləliyin ilk 6 ayında saç tökülməsinə tez-tez rast gəlirlər”.

Nəzirə həkim onu da vurğulayır ki, andogenetik alopesiya hormonal saç tökülmənin ikinci ən çox rast gəlinən növüdür. Gün ərzində saçları yuyanda və darayanda ələ gələn az miqdarda saç normal sayılır. Amma bu miqdarda artım olarsa, mütləq həkimə müraciət olunmalı, analiz verməli və həyat tərzinə nəzər yetirilməlidir. Çünki şəxsin həyat tərzi qayğılıdırsa, iş rejimi stabil deyilsə, saç tökülməsinə birbaşa və ya dolayı yolla təsir edəcək. Nəzrin xanım saç tökülməsindən əziyyət çəkənlərə məsləhət görür ki, zərərli qidaları azaldıb vitaminli qida qəbuluna üstünlük versinlər.

Qan dəyərlərinə baxdırıb ona uyğun dərmanlar qəbul edib və bioloji ritmə uyğun yuxu rejiminə əməl etsinlər.

Əziz oxucular!

Sağlamlığınız və saç tökülməsinin qarşısını almaq öz əlinizdədir. Bunun üçün həkimə müraciət etməklə bu problemlərin həllinə nail ola bilərsiniz!

 

                                                              Günay HACIYEVA

Nəşr edilib : 31.10.2024 15:01