NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Rusiyanın XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb

...

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyanın xarici işlər naziri dost dövlətin diplomatik nümayəndəliyinin rəhbərini – ölkəmizin strateji tərəfdaşı və müttəfiqini səmimiyyətlə salamlayıb və ona fəaliyyətində uğurlar arzulayıb”, - nazirlik bildirib.

Nəşr edilib : 04.10.2024 23:17