NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Rusiyalı nazirin müavini Azərbaycanla turizm bazarlarının birləşdirilməsini təklif edib

...

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov Rusiya və Azərbaycanın turizm bazarlarının birləşdirməsini təklif edib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Rusiya paytaxtında nümayəndəliyinin açılışında çıxış edən D.Vaxrukov qeyd edib ki, Moskva ilə Bakını müxtəlif sahələrdə çoxillik möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir.
“İnsanlar arasında humanitar əlaqələrin qurulmasının əsas yolu kimi turizm hazırda birgə gündəliyimizin başındadır. Bunu ölkələrimiz arasında 160 birbaşa aviareys göstərir”, - deyə nazir müavini bildirib.
O vurğulayıb ki, Azərbaycan və Rusiya hazırda iqtisadi əməkdaşlıq üzrə “yol xəritəsi”ni həyata keçirirlər.
“Biz deməməliyik ki, bizim Rusiya və Azərbaycanda ayrıca turizm bazarlarımız var. Biz turizm bazarlarımızı birləşdirə və birgə turizm məhsulları üzərində işləyə bilərik. Bunlar böyük perspektivlərdir”, - deyə D.Vaxrukov qeyd edib.
Onun sözlərinə görə, bu istiqamətdə artıq əməli addımlar mövcuddur: “Bu, “Roza xutor” və “Şahdağ” dağ kurortunun daxil olduğu Avrasiya Dağ Kurortları Alyansıdır”. Bu, bizim turizm sahəsində əlaqələrimizi necə inteqrasiya edə biləcəyimizin sadəcə bir nümunəsidir”.

Nəşr edilib : 26.10.2024 00:20