Prezident İlham Əliyev Antalyada Gürcüstanın Baş n...
20:30 11.04.2025
0
0
0
Rusiyanın Novosibirsk şəhərində qazlı içki istehsalı zavodunda partlayış baş verib.
"Şərq qapısı" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayət FHN-i məlumat yayıb.
Nəticədə təxminən 150 kvadratmetr sahədə dam örtüyünün bir hissəsi və təxminən 70 kvadratmetr sahədə divarın bir hissəsi uçub.
Bildirilib ki, partlayış barədə məlumat yerli vaxtla saat 23:57-də daxil olub. Regional prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Qurum dəqiqləşdirib ki, hadisə zamanı zavod binasını icarəyə götürən təşkilatın 30 yaşlı əməkdaşı xəsarət alıb.
Digər xəbərlər