Naxçıvan-Sədərək magistralında qəza olub, 5 nəfər ...
21:50 12.04.2025
0
0
0
Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
"Şərq qapısı" Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, S.Lavrov səfər çərçivəsində H.Fidan ilə ikitərəfli danışıqlar aparıb, həmçinin IV Antalya Diplomatiya Forumunda iştirak edib.
Görüş zamanı S.Lavrov və H.Fidan beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətlə bağlı ətraflı müzakirələr aparıblar. Həmçinin siyasi dialoq, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq üzrə mövqelər nəzərdən keçirilib.
Tərəflər qarşıdakı Rusiya-Türkiyə təmaslarının qrafikini də müzakirə ediblər.
Digər xəbərlər