NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Rövşən Nəcəf: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir

...

Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, enerji təchizatının təmin edilməsində və həyata keçirilən layihələrin davamlılığında mühüm rol oynayır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.

“Ənənəvi olaraq keçirilən bu forum artıq illərdir ki, enerji sahəsində birgə fəaliyyətlərin, əldə edilən uğurların təqdimatı və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün əhəmiyyətli platformaya çevrilib", - deyə o qeyd edib.

Nəşr edilib : 11.09.2026 13:59