NAXÇIVAN :

13 May 2026, Çərşənbə

Rixard Raşi: Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur

...

Bugünkü səfərin əsas məqsədi münasibətlərimizin parlament ölçüsünü gücləndirməkdir. Bu sütun qanunverici orqanlarımız arasında əməkdaşlığın bütün səviyyələrində gücləndirilməyə davam etməlidir.

"Şərq qapısı" xəbər verir ki, bunu Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, parlament diplomatiyası və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bugünkü danışıqların kulminasiya nöqtəsi Slovakiya Milli Şurası ilə Azərbaycan Milli Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması oldu.

Rixard Raşi, həmçinin qeyd edib ki, parlamentlər sadəcə qanunverici qurumlar deyil. Onlar həm də iqtisadi diplomatiyanın mühüm drayverləri kimi çıxış edə bilərlər. Biz iqtisadi əlaqələrimizin fəal inkişafına sadiqik və Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.

Nəşr edilib : 13.05.2026 13:43