NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir

...

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə "Şərq qapısı"na  Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Nəşr edilib : 08.09.2025 14:43