NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Respublika fənn olimpiadasında qalib olan Naxçıvan məktəblisi müsabiqədənkənar ADA Universitetinə qəbul olub

...

Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə III yerin qalibi olan Naxçıvan şəhər Afiyyəddin Cəliov adına 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov ADA Universitetinin tədrisi ingilis dilində olan Kompüter elmləri ixtisasına müsabiqədənkənar qəbul olub. 
Qeyd edək ki, Oruc Heydərov Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üzrə keçirilən buraxılış imtahanında 281,2, qəbul imtahanında isə 384.5  olmaqla, ümumilikdə, 665.7 bal toplamışdır.
Oruc Heydərovu təbrik edir, ona təhsilində uğurlar arzulayırıq!
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri istənilən (dövlət və özəl) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər.

Nəşr edilib : 04.09.2025 17:37