Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflərini yarırəsmi şəkildə alqışlayıb.
"Şərq qapısı" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclası zamanı 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
"Biz Azərbaycan tərəfinə təkliflər təqdim etdik və bu təkliflər yarırəsmi şəkildə alqışlandı. Yəni burada da müəyyən müsbət atmosfer formalaşıb", - A.Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvan həm kommunikasiyaların açılması məsələsində, həm də hazırkı mərhələdə razılığın əldə oluna biləcəyi digər istiqamətlərdə Azərbaycan tərəfi ilə işi davam etdirəcək.
Digər xəbərlər