NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

“Rənglərlə arzularıma doğru” mövzusunda fərdi sərgi açılıb

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər və Yaradıcılıq Mərkəzində “Rənglərlə arzularıma doğru” mövzusunda fərdi hesabat sərgisi açılıb. Sərgidə Estetik tərbiyə, təsviri incəsənət və musiqi şöbəsinin rəsm dərnəyinin üzvü Zenfira Kazımovanın əl işləri nümayiş olunub. 
Tədbirdə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva və digər sənətsevərlər çıxış edərək sərginin mədəni və təhsil əhəmiyyətini vurğulayıblar. 
Çıxış edənlər sərginin gənc istedadlara öz yaradıcılıq potensialını ifadə etmək üçün geniş imkan yaratdığını bildiriblər. Həmçinin sərginin mədəniyyətin inkişafına, gənclərin sənətə marağının artırılmasına və yaradıcılıq sahəsindəki innovativ yanaşmaların dəstəklənməsinə öz töhfəsini verdiyini qeyd ediblər. 
Bildirilib ki, bu tədbir həm yerli incəsənətin tanıdılması, həm də gənc rəssamların uğur qazanması baxımından mühüm addım sayılır. Sərginin uğurlu keçirilməsi, mədəniyyət və təhsil sahəsində aparılan işlərin nə dərəcədə önəmli olduğunun bariz nümunəsidir.
Qeyd edək ki, Zenfira Kazımova yüksək bacarıq və istedadına görə təltif olunub. 
Sonda sərgiyə baxış keçirilib.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 11.03.2025 19:48