Azərbaycan və Somalinin həmkarlar ittifaqları Anla...
09:39 13.02.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclasında iştirak edib.
12 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib, həyata keçirilən tədbir və layihələr, hazırlanan təhlillər və əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova kollegiya iclasında çıxış edərək dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva 2025-ci ilin birinci yarısı üçün qarşıda duran vəzifələrə dair, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova isə Komitə yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yaradılması ilə bağlı çıxış edib.
Məruzələrdən sonra müzakirələr aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.
Digər xəbərlər