NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Ramal Əzizov: “Təlimi uğurla başa vuran tələbələrin fəaliyyətə cəlb olunması prosesləri başlayacaq”

...

 “Bu gün Azərbaycan Respublikası Hesablama Palatası ilə Naxçıvan Dövlət Universitetinin  əməkdaşlığı çərçivəsində “Dövlət Sektorunda Audit” Təlim Proqramı Layihəsi başa çatıb və proqramın yekunları ilə bağlı tədbir keçirilib.  Üçaylıq müddətdə Hesablama Palatasının 20 əməkdaşı tərəfindən 14 mövzu üzrə, 42 saatlıq təlimlərdə iştirak edən tələbələrə fərqlənmə, müvəffəqiyyət və iştirak sertifikatları təqdim olunub". 
Bunu Hesablama Palatasının Təlim Mərkəzinin rəhbəri Ramal Əzizov jurnalistlərə müsahibəsində söyləyib. 
O qeyd edib ki, bu tədbirdə Türkiyə Hesablama Məhkəməsinin sədri və Milli Məclisin komitə sədrləri iştirak edibər. Tədbir kifayət qədər uğurlu oldu. Təlimin nəticələri ilə bağlı müvafiq fərqlənmə və tərəqqi sertifikatı alan tələbələrin uyğun şəkildə fəaliyyətə cəlb olunması ilə bağlı proseslər başlayacaqdır".

Nəşr edilib : 17.06.2025 17:03