Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti ...
12:25 29.11.2024
0
0
0
Bu ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkarlanaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.
Digər xəbərlər