Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istif...
19:58 30.06.2026
0
0
0
Konqres-festivalda təşkil olunan sərgidə iştirak edənlər arasında Dərələyəz mahalının Qaraqaya kəndindən olan xalçaçı Rahilə Nəcəfova da yer alıb. O, nümayiş etdirdiyi əl işləri ilə ziyarətçilərin diqqətini cəlb edib.
Rahilə Nəcəfova bildirib ki, xalçaçılıq həm də xalqın tarixini və yaddaşını yaşadan dəyərdir: “Qərbi Azərbaycanın hər kəndinin, hər elinin özünəməxsus naxışları, rəngləri və ornamentləri olub. Biz bu sənəti yaşatmaqla, əslində, ata-babalarımızdan bizə miras qalan mədəni irsi qoruyuruq. Bu festivalda iştirak etmək mənim üçün böyük qürurdur. Burada sərgilənən hər bir xalça doğma yurdlarımızın xatirəsini yaşadır və gələcək nəsillərə ötürür. İstəyirik ki, gənclər də bu sənətə maraq göstərsin, milli dəyərlərimizi unutmasınlar”.
Xalçaçı qeyd edib ki, belə sərgilər Qərbi Azərbaycanın zəngin mədəni irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu gün burada nümayiş olunan xalçalar tariximizin bir parçasıdır. Festival iştirakçılarının göstərdiyi maraq bizi daha da ruhlandırır. İnanıram ki, bu cür tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və milli-mədəni irsimizin qorunmasına böyük töhfə verir”.
Elnurə CƏFƏROVA
Digər xəbərlər