Bloger və media nümayəndələri üçün Naxçıvandakı so...
15:33 06.11.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri üçün “Qürur və Zəfər tariximiz” adlı onlayn dərs keçilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Heydər Əliyev adına tam orta məktəbdə keçilən dərsdə məktəbin tarix müəllimi Sahilə Qasımova tərəfindən 44 günlük Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin ölkəmizin həyatında yeri və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə Zəfərə aparan tarixi yol, xalqımızın birliyi, Ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı haqqında məlumatlar çatdırılıb.
Digər ümumtəhsil məktəblilərinin də onlayn izlədiyi dərsin əsas məqsədi şagirdlərə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətini aşılamaq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, gənc nəslin vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək olub.
Digər xəbərlər