NAXÇIVAN :

09 May 2026, Şənbə

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

...

Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Şərq qapısı” na bildirilib ki, Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.
Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.

Nəşr edilib : 07.05.2026 19:38