NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Qol güləşi üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında qol güləşi üzrə muxtar respublika birinciliyi təşkil olunub. 
"Şərq qapısı" xəbər verir ki, yarış “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında İlham Əliyev adına Olimpiya İdman kompleksində 27 idmançının iştirakı ilə reallaşıb.
Yarışın nəticələrinə əsasən Polad Allahverdiyev (55 kq), Rəvan Abbaslı (63 kq),  Fəzli Əliyev (70 kq),  Əli Kərimli (78kq), İsfəndiyar Məhərrəmli (86 kq), Turan Oruclu (95 kq) və Mətin Oruclu (95+kq) qalib olub.
Yarışda fərqlənən idmançılar  diplom və  medallarla mükafatlandırılıblar. Bundan başqa yarışın hakimləri nazirliyin fəxri fərmanları ilə təltif olunmuşlar. Birinciliyin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə və qol güləşi idman növünə marağın artırılması olub.

Nəşr edilib : 28.08.2026 18:40